• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Deputat: Xəstəxanalarda elektron növbə sistemi təkmilləşdirilməlidir

CƏMİYYƏT

26 Dekabr 2025 | 11:18

Deputat: Xəstəxanalarda elektron növbə sistemi təkmilləşdirilməlidir

ASAN Xidmətin fəaliyyətində tətbiq olunan növbə sistemi vətəndaşlara xidmətin sürətli və səmərəli təşkil olunmasına imkan verir və ümumilikdə çox müsbət qiymətləndirilir. Lakin bəzi dövlət qurumlarında bu sistem hələ tam tətbiq olunmayıb, xüsusilə xəstəxanalarda elektron növbə sisteminin təşkili gecikir və bu da vətəndaşların xidmətə çıxışını çətinləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Naqif Həmzəyev deyib.

Parlament üzvü bildirib ki, e-hökumət portalı MyGov vasitəsilə səhiyyə xidmətlərinin daha da artırılması və vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlər görülməlidir.

N.Həmzəyev qeyd edib ki, elektron növbə sistemlərinin tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi vətəndaş məmnunluğunu artırmaqla yanaşı, dövlət qurumlarının işini də optimallaşdırır:

"Bu sahədə qanunvericilik təşəbbüsləri və texnoloji həllərin tətbiqi vacibdir ki, vətəndaşlar hər zaman sürətli, şəffaf və rahat xidmət ala bilsinlər".

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Dekabr 2025