“Statistika göstərir ki, vətəndaşların informasiya təminatı üzrə müraciətləri əsasən operativ kanallar üzərindən həyata keçirilir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.
Onun sözlərinə görə, informasiya təminatı üzrə müraciətlərin ən böyük hissəsi çağrı mərkəzi vasitəsilə daxil olub. Belə ki, çağrı mərkəzi üzrə 27 447 müraciət qeydə alınıb:
“Elektron müraciətlərin sayı 7 978 təşkil edib. Sosial şəbəkələr üzərindən 2 000 müraciət daxil olub. Yazılı müraciətlərin sayı 1 662, vətəndaş qəbulu yolu ilə edilən müraciətlərin sayı isə 588 olub”.
Zeynəb Rzayeva
Bakı 




