• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Şükürbəylinin sel sularından mühafizəsinə 7,1 milyon manat sərf ediləcək

CƏMİYYƏT

26 Dekabr 2025 | 11:26

Şükürbəylinin sel sularından mühafizəsinə 7,1 milyon manat sərf ediləcək

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sel sularından mühafizəsi üzrə işlərə başlanılır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüləcək işlər çərçivəsində kəndin 1042 ailəlik (I mərhələ-635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulur.

Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) artıq bununla bağlı müvafiq işlərə start verib.

Fond sözügedən işlərin icrasının 7,149 milyon manata başa gələcəyini proqnozlaşdırıb.


SON XƏBƏRLƏR

25 Dekabr 2025