• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Rəşad Mahmudov: Tibb ən həssas sahələrdən biridir

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:13

Rəşad Mahmudov: Tibb ən həssas sahələrdən biridir

Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Rəşad Mahmudov deyib.

Onun fikrincə, informasiya yayımı zamanı peşəkar fəaliyyət qorunmasa, cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil.

Parlamentari təklif edib ki, qanunvericiliyin müzakirəsi zamanı bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın.


SON XƏBƏRLƏR

25 Dekabr 2025