• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Uşaqların rəqəmsal aludəçiliyi artıb – Deputat BUNU təklif etdi

SİYASƏT

26 Dekabr 2025 | 11:09

Uşaqların rəqəmsal aludəçiliyi artıb – Deputat BUNU təklif etdi

Təəssüflə qeyd etmək lazımdır ki, uşaqların rəqəmsal mühitə aludəliyi halları son illərdə xeyli artıb. Bu tendensiya təlim-tərbiyə prosesinə ciddi təsir göstərir və uşaqların sosial, emosional və intellektual inkişafına mənfi təsir edə bilər. Bu gün dünya ölkələrinin qarşısında duran əsas vəzifələrdən biri məhz uşaqları sağlam rəqəmsal mühitlə təmin etmək və onların internet istifadəsini təhlükəsiz hala gətirməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Parlament üzvü bildirib ki, rəqəmsal mühitin uşaqlara təsirinin aradan qaldırılması ilə bağlı dünya praktikasında müxtəlif normalar mövcuddur və ölkəmizdə də bu sahədə müəyyən qanunvericilik təşəbbüsləri həyata keçirilib.

O əlavə edib ki, qanun qəbul etmək təkcə kifayət etmir. Bu sahədə həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının (QHT-lərin) aktiv fəaliyyəti vacibdir: 

"Uşaqların rəqəmsal aludəçiliyinin qarşısının alınması üçün maarifləndirmə kampaniyaları, valideynlərin məlumatlandırılması və müvafiq tədris proqramlarının hazırlanması mühüm rol oynayır".

Deputat vurğulayıb ki, sözügedən məsələ ilə bağlı hüquqi tənzimləmə yolları ətrafında geniş müzakirələr aparılmalıdır. Bu həm qanunvericiliyin təkmilləşdirilməsinə, həm də uşaqların təhlükəsiz rəqəmsal mühitdə inkişafına şərait yaratmağa imkan verəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Dekabr 2025