• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Peşə tanınması imtahanı: müəllimlərin 17 faizi uğur qazandı

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:02

Peşə tanınması imtahanı: müəllimlərin 17 faizi uğur qazandı

"Bu il dekabrın 19-da peşə tanınması imtahanlarının nəticələri göstərir ki, xaricdə müəllimlik ixtisası üzrə diplom əldə etmiş vətəndaşlarımızın cəmi 17 faizi uğurlu nəticə göstərə bilib".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, xarici ali təhsil müəssisələrinin seçimi zamanı bir sıra əsas meyarlar mövcuddur və həmin meyarlar arasında bu müəssisələrin fəaliyyət göstərdiyi ölkələrdəki institusional və ictimai mühit də nəzərə alınır.

T.Əhmədov qeyd edib ki, bəzi ölkələrdə ali təhsil müəssisələrinin siyasi və inzibati təsirlər altında fəaliyyət göstərməsi tədrisin keyfiyyətinə mənfi təsir edir. Bu amil sonradan peşə tanınması mərhələsində problemlərin yaranmasına səbəb olur.

Dediyinə görə, vətəndaşların xaricdə təhsil müəssisəsi seçərkən əsaslandırılmamış qərarlar verməsi, eləcə də vasitəçi şirkətlərin yönləndirmələri nəticəsində keyfiyyət göstəriciləri aşağı olan ali təhsil müəssisələrinə üz tutmaları geniş yayılıb. O bildirib ki, xüsusilə bəzi ölkələrdə qəbul prosesləri minimal tələblərlə həyata keçirilir:

“Son dövrlərdə akademik və peşə tanınması mexanizmləri arasında fərqlər daha da dəqiqləşdirilib. Belə ki, son bir il ərzində mühəndislik və digər ixtisaslar üzrə yüzlərlə müraciətçi akademik tanınma tələblərini ödəsə də, peşə tanınması mərhələsində əlavə olaraq 30 ballıq imtahan tətbiq olunub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Dekabr 2025