• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi təklif edildi

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:02

Taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi təklif edildi

Bakıda taksilərə avtobus zolaqlarından istifadə hüququnun verilməsi təklif edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vasif Qafarov parlamentin bugünkü plenar iclasında çıxış edib.

"Vacib məsələlələrdən biri taksilərin xüsusi avtobus zolaqlarından istifadəsi ilə bağlıdır", - deputat qeyd edib.

O xatırladıb ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksilər ictimai nəqliyyat vasitəsi sayılır və beynəlxalq təcrübədə bu model geniş şəkildə tətbiq olunur:

“Təklif edirəm ki, Bakı şəhərində rəsmi platformalarda qeydiyyatda olan taksilərə avtobus zolaqlarından istifadə hüququ verilsin. Bu addım nəqliyyatın intellektual idarə olunmasını gücləndirəcək, tıxac yükünü azaldacaq və vətəndaş məmnunluğunu artıracaq”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Dekabr 2025