• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Parlamentdə bu təklif QƏBUL EDİLDİ

SİYASƏT

26 Dekabr 2025 | 11:42

Parlamentdə bu təklif QƏBUL EDİLDİ

Milli Məclis qanunvericilikdə "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunmasını son oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müvafiq qanunlara dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Mövcud qanunvericiliyə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş" və "valideyn himayəsindən məhrum olmuş" uşaq anlayışları fərqli kateqoriyalar kimi müəyyən edilib. Lakin Ailə Məcəlləsində, eləcə də "Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Prezidentinin 2022-ci il 15 fevral tarixli Fərmanında "valideyn himayəsindən məhrum olmuş uşaq" adı altında vahid bir anlayışdan istifadə olunur.

Bu xüsusda, təklif olunan dəyişikliklərə əsasən "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunda "valideynlərini itirmiş uşaqlar" anlayışı ismin müvafiq hallarında "valideyn himayəsindən məhrum olmuş uşaqlar" anlayışı kimi təsbit edilir.

Eyni zamanda layihədə digər normativ hüquqi aktlara yuxarıda qeyd olunmuş zərurətdən irəli gələn uyğunlaşma çərçivəsində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Dekabr 2025