• Bakı 19° C

    4.25 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ağsuda mal-qara oğruları saxlanıldı - FOTO

HADİSƏ

26 Dekabr 2025 | 11:39

Ağsuda mal-qara oğruları saxlanıldı - FOTO

Ağsuda mal-qara oğurlayan şəxslər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağsu rayonunun Kəlağayılı kəndində yerləşən örüş sahəsindən iribuynuzlu heyvanın oğurlanması barədə polisə məlumat daxil olub.

Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən 31 yaşlı Bahadur Rəhmanlı saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışı 33 yaşlı Əbülfəz Həşimli ilə əlbir olaraq İsmayıllı rayonunda da oğurluq etdikləri müəyyən olunub.

Ə.Həşimli də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026