• Bakı C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 2.0019

    RUB - 2.1512

Peşə tanınması imtahanında ölkələr üzrə nəticələr açıqlandı

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:05

Peşə tanınması imtahanında ölkələr üzrə nəticələr açıqlandı

"Bu mərhələdə qiymətləndirmədən keçənlərin sayı çox məhduddur və nəticələr ali təhsil müəssisələrinin seçiminin nə qədər önəmli olduğunu açıq şəkildə göstərir".

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekunlarına dair keçirilən brifinqdə səsləndirib.

Onun sözlərinə görə, peşə tanınması üzrə qiymətləndirmə mərhələsində cəmi 94 nəfər iştirak edib və nəticələr ölkələr üzrə ciddi fərqlənib.

Tural Əhmədov bildirib ki, Ukrayna ali təhsil müəssisələrinin məzunları arasında qiymətləndirməyə cəlb olunan 51 nəfərdən yalnız 9-u uğurlu nəticə göstərib. Rusiya Federasiyası üzrə isə göstəricilər daha aşağı olub və bəzi hallarda hər 30 nəfərdən yalnız 1 nəfər müsbət nəticə əldə edib:

“Türkiyə Respublikasının ali təhsil müəssisələrinin məzunları arasında da uğurlu nəticə göstərənlərin sayı məhdud olub və cəmi 3 nəfər qiymətləndirmə mərhələsini keçə bilib. Belarus üzrə isə yalnız 1 müraciətçi müsbət nəticə əldə edib”.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

25 Dekabr 2025