• Bakı 33° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Üç rayona növbəti KÖÇ

CƏMİYYƏT

26 Dekabr 2025 | 12:09

Üç rayona növbəti KÖÇ

Bu gün Ağdam rayonunun Xıdırlı kəndinə, Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Seyidbəyli kəndinə sakinlərin növbəti qayıdışı aparılıb.

Bakıvaxtı.az xəbər verir ki, doğma yurduna qayıdanlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam rayonun Xıdırlı kəndinə 64 ailənin (278 nəfər), Xocavənd rayonunun Hadrut qəsəbəsinə 13 ailəni (51 nəfər), Xocalı rayonunun Seyidbəyli kəndinə isə 11 ailənin (48 nəfər) daimi qayıdışı təmin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Iyul 2026