• Bakı 21° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.9942

    RUB - 2.0372

Papuaşvili: Xaricdən maliyyə dəstəyi ilə hakimiyyəti dəyişmək mümkün deyil

DÜNYA

22 Sentyabr 2025 | 13:11

Papuaşvili: Xaricdən maliyyə dəstəyi ilə hakimiyyəti dəyişmək mümkün deyil

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, ölkədə hakimiyyəti zorakı yolla dəyişmək üçün keçirilən mitinqlərə böyük maliyyə vəsaitləri yönləndirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

Spikerin sözlərinə görə, bütün bu cəhdlər nəticəsiz qalıb, çünki etirazçıların ictimai dəstəyi yoxdur.

Papuaşvili qeyd edib ki, dekabr ayında baş verən zorakı aksiyalar müxtəlif sxemlər üzrə maliyyələşdirilib:

"Hakimiyyəti zorakı yolla dəyişmək üçün həmin etirazlara külli miqdarda pul xərclənib. Pirotexniki vasitələrin alınması ilə bağlı bütün rekordlar qırılıb, birillik ehtiyat toplanıb. Bu vəsaitlər təsadüfi deyildi, onların arxasında müəyyən mənbələr dayanır".

Onun sözlərinə görə, Gürcüstanda zorakı etirazların maliyyələşməsində xarici təşkilatların və ayrı-ayrı şəxslərin rolu ehtimal olunur:

"Polisə müqavimət və hücumlar üçün də vəsait ayrılıb. Böyük ehtimalla, bu pulların bir qismi Avropa təşkilatları vasitəsilə maliyyələşdirilib".

Parlament sədri əlavə edib ki, xaricdən maliyyə dəstəyi ilə hakimiyyəti dəyişmək mümkün deyil.

"Onlar hər zaman olduğu kimi, xalqın dəstəyinə malik olmadan ölkəni döndərə bilməyəcəklər", – o bildirib.


SON XƏBƏRLƏR