• Bakı 16° C

    0.98 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Ekvadorda güclü zəlzələ baş verdi

DÜNYA

22 Oktyabr 2025 | 09:25

Ekvadorda güclü zəlzələ baş verdi

Ekvadorun cənubundakı El Oro əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

Bakıvaxıt.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanlar Arenillas şəhərindən 11,5 kilometr cənub-şərqdə, 73,6 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumata əsasən, zəlzələ nəticəsində itki və dağıntı barədə məlumat yoxdur. Təbii fəlakət Quayas və Peru sərhədinə yaxın Loja əyalətlərində də hiss olunub.

Ekvador Geofizika İnstitutu isə zəlzələnin maqnitudasını 6,1 olaraq qiymətləndirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

21 Oktyabr 2025