• Bakı 21° C

    7.78 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

BDYPİ-dən XƏBƏRDARLIQ: Məcburi dayanma zamanı...

CƏMİYYƏT

22 Sentyabr 2025 | 09:40

BDYPİ-dən XƏBƏRDARLIQ: Məcburi dayanma zamanı...

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına xəbərdarlıq edib.

Bakıvaxtı.az həmin xəbərdarlığı təqdim edir:

"Son vaxtlar texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz maneə yaranır ki, bu da çox zaman ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıq və ya digər səbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalan sürücülər:

-dərhal qəza dayanma işıqlarını yandırmalı,
-avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı,
-imkan daxilində nəqliyyat vasitəsini yolun kənarına çəkməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər".


SON XƏBƏRLƏR

21 Sentyabr 2025