• Bakı 15° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

53 nömrəli avtobus üzrə müsabiqənin qalibi bəlli oldu

CƏMİYYƏT

21 Oktyabr 2025 | 21:22

53 nömrəli avtobus üzrə müsabiqənin qalibi bəlli oldu

"Elmlər Akademiyası" metrostansiyasını Bayıl parkı ilə əlaqələndirən 53 nömrəli şəhərdaxili marşrut üzrə müsabiqənin qalibi müəyyən edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, 53 nömrəli marşrut üzrə hüquqi şəxs "Transkontrol" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.


SON XƏBƏRLƏR

21 Oktyabr 2025