• Bakı 14° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Sertifikasiyası olmayan 45 nəfər plastik-cərrahlardır - VİDEO

CƏMİYYƏT

22 Oktyabr 2025 | 00:12

Sertifikasiyası olmayan 45 nəfər plastik-cərrahlardır - VİDEO

45 həkimin sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərməsi aşkar edilib…

Bak,vaxtı.az xəbər verir ki, bunu "Xəzər xəbər"ə müsahibəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Tibbi Nəzarət şöbəsinin mütəxəssisi Xəyalə Əliyeva deyib.

Onun sözlərinə görə, ötən ay 160 özəl tibb müəssisəsində plandankənar, 90  özəl tibb müəssisəsində isə planlı yoxlamalar aparılıb.

Ən çox nöqsan sertifikasiya şəhadətnaməsi, lisenziyası olmadan və lisenziyadan kənar özəl tibb fəaliyyəti ilə məşğul olma ilə bağlı olub.

Xəyalə Əliyeva deyib ki, yoxlamalar vətəndaş müraciətləri əsasında aparılır.

Analitik Ekspertiza Mərkəzinin rəsmisi qeyd edib ki, sertikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərdiyi müəyyən edilən 45 nəfər plastik-cərrahdır.

 

 


SON XƏBƏRLƏR

21 Oktyabr 2025