• Bakı 13° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB

HADİSƏ

21 Oktyabr 2025 | 17:43

Qucağında azyaşlı maşın sürən şəxs qəza törədib, uşaq ölüb - YENİLƏNİB

Oktyabrın 20-də saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Zabrat ərazisindən təcili çağırış daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən apa-ya verilən məlumata görə, dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən azyaşlının (kişi cinsli) qapalı kəllə-beyin travması diaqnozu ilə həkim yanında ölüm faktı qeydə alınıb.

32 yaşlı şəxsə (kişi) isə ilkin tibbi xidmət göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alt çənə sümüyünün sınığı, qabırğa sümüyünün sınığı, üz və baş dərisinin sıyrılmış yaraları diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.

***

10:45

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakıda azyaşlının öldüyü yol qəzası ilə bağlı sürücülərə müraciət edib.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, müraciətdə deyilir:

    "Təəssüf ki, hələ də azyaşlı uşağı qucaqda saxlamaqla avtomobil idarə edən şəxslərə rast gəlinir ki, bu da həm qanunazidd, həm də son dərəcə təhlükəli əməldir.

    Ekstremal vəziyyətlərdə aciz qalacaqlarını nəzərə almayan belə sürücülər, təhlükədən xəbərsiz, özlərini qorumaq iqtidarında olmayan uşaqların həyatını riskə atdıqlarını, sonradan bərpası mümkün olmayan xətaya yol verdiklərini sanki unudurlar.

    Paytaxtın Zabrat qəsəbəsində Tural Süleymanov qucağında 7 yaşlı oğlu ilə avtomobil idarə edərkən, azyaşlının anidən sürüşərək sürət pedalını sıxması nəticəsində nəqliyyat vasitəsi hasara çırpılıb. Azyaşlı hadisə yerində həyatını itirib, ata isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Övladını sükan arxasında daşıyan valideyn onun təhlükəsizliyini düşündüyünü zənn edir. Amma bəzən yol verdiyimiz səhlənkarlıq səbəbindən qəza anında düşünməyə vaxt qalmır".

    ***

    10:17

    Bakıda yol qəzasında 7 yaşlı uşaq ölüb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

    1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov qucağında oğlu 2018-ci il təvəllüdlü Usamə ilə BMW markalı avtomobilə oturub yaşadığı evin həyətində idarə etdikdə uşaq sürüşüb sürət pedalına sıxıldığından avtomobil hasara dəyib.

    Azyaşlı hadisə yerində ölüb.

    Faktla bağlı cinayət işi başlanılıb.


    SON XƏBƏRLƏR

    05 Dekabr 2025