• Bakı 14° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Yağıntılı və küləkli hava şəraiti davam edir, Şahdağa qar yağır

CƏMİYYƏT

21 Oktyabr 2025 | 19:09

Yağıntılı və küləkli hava şəraiti davam edir, Şahdağa qar yağır

Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Naxçıvan Muxtar Respublikası, Şabran, Xaçmaz, Zaqatala, Qəbələ, Oğuz, İsmayıllı, Qax, Şəki, Quba, Qusar, Qobustan, İmişli, Ağsu, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Beyləqan, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Goranboy, Gəncə, Şəmkir, Bərdə, Tərtər, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Şahdağda isə qar yağır.

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 19, Naftalanda 18, Bakıda və Abşeron yarımadasında saniyədə 16 metrə çatır.

Zaqatala, Şəki, Şamaxı, Balakən, Qax, Qusar, Göyçay, Göygöl, Daşkəsəndə duman müşahidə olunur. Dumanda görmə məsafəsi 500 metrədək məhdudlaşır.


SON XƏBƏRLƏR