• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Ehtiyac meyarı artır

CƏMİYYƏT

20 Noyabr 2025 | 16:52

Ehtiyac meyarı artır

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


SON XƏBƏRLƏR