• Bakı 15° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Su ehtiyatlarının qorunması istiqamətində nəzarət gücləndirilir

CƏMİYYƏT

20 Noyabr 2025 | 17:16

Su ehtiyatlarının qorunması istiqamətində nəzarət gücləndirilir

Bu gün Ucar rayonunda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) 11 saylı Mərkəzi Aran regional bölməsi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə su ehtiyatlarının qorunması istiqamətində nəzarətin gücləndirilməsi, onlardan səmərəli istifadə və ictimai iştirakçılığın təşviqinə dair tədbir keçirilib.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, tədbirdə SİMDNX-in 11 saylı Mərkəzi Aran regional bölməsinin rəisi Elşən Əliyev, Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov, Ucar Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin rəisi Müşviq Məmmədov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran regional rəisi Elxan Çərkəzov, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, eləcə də yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, sahibkarlar və kənd sakinləri iştirak ediblər.

Çıxış edən regional bölmə rəisi Elşən Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və əsas vəzifələri barədə məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2025-ci il tarixli Fərmanı ilə su siyasətinin daha qanunauyğun və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Agentliyə verilmiş yeni səlahiyyətlərdən danışıb. Elşən Əliyev tətbiq olunan nəzarət mexanizmləri, su ehtiyatlarının idarə olunmasına dair yeniliklər və gələcək planlar barədə məlumat verərək fermerləri və sahibkarları su resurslarından istifadədə qanunvericiliyə riayət etməyə çağırıb.

Tədbir çərçivəsində su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin tətbiqi və ictimai iştirakçılığın artırılması mövzularında geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçıların suallarına cavab verilib.


SON XƏBƏRLƏR