• Bakı 24° C

    2.34 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Ulduz futbolçu "Neftçi"də

İDMAN

21 Oktyabr 2025 | 18:14 | Müəllif: Subhan Mahmudov

Ulduz futbolçu "Neftçi"də

“Neftçi” ulduz futbolçu Vensan Abubakarın transferini açıqlayıb.

Klubdan Bakıvaxtı.az-a bildirilib ki, Kamerun milli komandasının hücumçusu ilə 1+1 illik müqavilə imzalanıb. O, Bakı təmsilçisində 45 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.

Kamerun yığmasının kapitanı olan hücumçu millinin heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026