• Bakı 22° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

Zelenskidən müharibə ilə bağlı daha bir açıqlama

DÜNYA

21 Oktyabr 2025 | 22:37 | Müəllif: Subhan Mahmudov

Zelenskidən müharibə ilə bağlı daha bir açıqlama

"Təmas xəttində atəşkəsi təmin etməklə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Xüsusilə, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündə qaldırılıb.

“Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya yenə də diplomatiyadan çəkinmək üçün əlindən gələni edir”, - Zelenski qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026