Moskva İrəvan və Bakının növbəti görüşün "3+3" formatında təşkili barədə tezliklə razılığa gəlməsini gözləyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
O, növbəti görüşün ya Bakıda, ya da İrəvanda keçirilməli olduğunu deyib.
"Biz də öz tərəfimizdən həmkarlarımızın birgə qərarını dəstəkləyəcəyik. Bu il Azərbaycan və Ermənistan tərəfləri dəfələrlə Əbu-Dabi, Vaşinqton və Düşənbədə görüşlər keçiriblər. Ümid edirik ki, bu cür birbaşa təmaslar bu məsələnin həllinə kömək edəcək", - Zaxarova əlavə edib.
Bakı 



