• Bakı 14° C

    12.4 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Hollandiya qanunsuz miqrantları Uqandaya deportasiya edə bilər

DÜNYA

21 Oktyabr 2025 | 15:28

Hollandiya qanunsuz miqrantları Uqandaya deportasiya edə bilər

Hollandiya Uqandaya sığınacaq almamış miqrantları göndərmək niyyətindədir. 

Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir ki, bunu Hollandiyanın Miqrasiya və Xarici İşlər Naziri David van Viel deyib.

Onun sözlərinə görə, Uqandada qeyri-qanuni miqrantların deportasiya ediləcəyi tranzit mərkəzi yaratmaq üçün pilot layihə 2026-cı ildə başlana bilər:

""Bu tədbir həm də çəkindirici rolunu oynayır. Əgər şəxs mənfi cavab alırsa, onun ölkəni könüllü tərk etməsi daha yaxşıdır, əks halda onları Uqandaya məcburi deportasiya gözləyir. Hazırda aydın bir sığınacaq sistemimiz var, lakin çox sayda insan burada qalır". 

Nazir qeyd edib ki, deportasiya olunmayan sığınacaq axtaranların əksəriyyəti Əlcəzair, Mərakeş, Suriya, Türkiyə və Ukraynadandır. Bu ölkələr sazişin əhatə etdiyi regionun bir hissəsi deyil.

Gülşən Şərif


SON XƏBƏRLƏR