Sankt-Peterburqda Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.
Bakıvaxtı.az "Gazeta Wyborcza" nəşrinə istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.
Bildirilib ki, hadisə noyabrın 16-da səfirin Polşanın Müstəqillik Günü münasibətilə yerli polyaklarla görüşmək üçün Sankt-Peterburqa gəldiyi zaman baş verib.
O, günorta saatlarında konsulun müşayiəti ilə Müqəddəs Yekaterina bazilikasında ibadətə gedərkən özlərini "fəallar" kimi təqdim edən bir qrup insan onu əhatəyə alıb.
Onlar əllərində polyaklar və ukraynalılara qarşı şüarlar yazılmış plakatlar tutublar və daha sonra səfirə hücum ediblər.
Bakı 



