• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Rusiya neftinin ixracı rekord həddə düşüb

    DÜNYA

    20 Noyabr 2025 | 12:15

    Rusiya neftinin ixracı rekord həddə düşüb

    Noyabrın 10-dan 16-dək Rusiyanın dəniz yolu ilə neft daşımaları sutkada 291 min tona enib ki, bu da 2025-ci ilin əvvəlindən bəri ən aşağı göstəricidir.

    Bakıvaxtı.az xəbər verir ki, “Kommersant” nəşri bu barədə Qiymət İndeksi Mərkəzinə istinadla məlumat yayıb. Analitiklərinin fikrincə, tədarükçülər üçün əsas problem noyabrın 21-də qüvvəyə minməsi planlaşdırılan ABŞ sanksiyalarıdır. Bu tarixədək əsas müştərilər - Çin və Hindistan Rusiyadan neft tədarükünü azaldaraq Yaxın Şərqə və Atlantik regionuna üz tutmağa başlayıblar.

    Ekspertlər hesab edirlər ki, gələcək tendensiyalar alıcıların sanksiya risklərini necə qəbul etməsindən birbaşa asılı olacaq. Bununla belə, böyük endirimlər və yüksək daşıma xərcləri operatorlar və idxalçılar arasında riskli əməliyyatlara marağı artıra bilər.

    Qeyd edək ki, həftənin əvvəlində Novorossiysk limanında Rusiyanın əsas ixracını təşkil edən “Urals” markalı neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı həddə - bareli 36,61 dollara enib.


    SON XƏBƏRLƏR

    19 Noyabr 2025