Dövlət Duması Rusiya aktivlərinin müsadirəsi halında Avropa İttifaqı (Aİ) üçün cavab tədbirləri təklif edən qətnamə qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, qanunsuz dondurulmuş vəsaitlərin əsas hissəsinin saxlanıldığı Euroclear və Belçikaya qarşı aktivlərin müsadirəsi də daxil olmaqla, zərərin ödənilməsi üçün iddia qaldırmaq təklif olunur.
Qeyd olunub ki, Rusiyaya dost olmayan ölkələrdən olan qeyri-rezidentlərin aktivləri də kompensasiya mənbəyi kimi istifadə edilə bilər.
Dövlət Dumasının Rusiya Hökümətini sədri Mixail Mişustinə ünvanladığı müraciətdə Rusiya aktivlərinin müsadirə edilməsinin Rusiyanın suveren hüquqlarının pozulması kimi qəbul ediləcəyi bildirilib.
Müraciətdə vurğulanıb ki, bu cür qanunsuz hərəkətlər Qərb institutlarına etibarın itirilməsinə səbəb olacaq. Bu, həmçinin Aİ-nin ehtiyat valyutalarından birinin yurisdiksiyası və emitenti kimi imicinə təsir edəcək.
Bakı 



