• Bakı 16° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Aİ-nin XİN rəhbərləri sanksiyaları müzakirə edəcəklər

DÜNYA

20 Noyabr 2025 | 14:10

Aİ-nin XİN rəhbərləri sanksiyaları müzakirə edəcəklər

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiyaya məxsus neft daşıyan tanker­lərə qarşı sanksiyaları müzakirə edəcəklər.

Bakıvaxtı.az-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas cümə axşamı Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin görüşündən əvvəl bildirib.

    “O cümlədən, Rusiyanın ‘kölgə donanması’na qarşı yeni sanksiyalarını da müzakirə edəcəyik”, – deyə o qeyd edib.

    Diplomatik mənbələrin məlumatına görə, Aİ bu tankerlərin açıq dənizdə saxlanılması və yoxlanılması üçün onların üzərində bayraqları dalğalanan ölkələrdən icazə almaq niyyətindədir. Bu qərar Aİ tərəfindən sanksiya tətbiq olunan tankerlərə şamil edilməlidir.

    Nazir­lər həmçinin sanksiya altına düşən tankerlərin siyahısının sürətlə genişləndirilməsi sistemini müzakirə etməyi planlaşdırırlar ki, bu işi yeni sanksiya paketlərinin qəbulunu gözləmədən “fasiləsiz və avtomatik” şəkildə aparmaq mümkün olsun.


    SON XƏBƏRLƏR