• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Əliyevin Qazaxıstan səfəri: İkili münasibətlər daha da sıxlaşacaq

SİYASƏT

21 Oktyabr 2025 | 13:15

Əliyevin Qazaxıstan səfəri: İkili münasibətlər daha da sıxlaşacaq

“Azərbaycan Prezidentinin Qazaxıstana səfəri dövlət səfəri statusundadır ki, bu da ən yüksək səfərdir”.

Bunu politoloq İlqar Vəlizadə Azərbaycan Respublikasınını Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfərini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, dövlət səfəri ondan xəbər verir ki, ikitərəfli münasibətlər ən yüksək səviyyədədir:

"Azərbaycan Prezidenti İlham Əliyevi hava limanında şəxsən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşılaması da ölkə başçısının səfərinə verilən önəmin göstəricisidir. Qazaxıstan  Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlı, istəklidir və bu əlaqələri özü üçün prioritet hesab edir. Bu da təsafüdi deyil.

Müsahibimiz vurğulayıb ki, Qazaxıstan üçün Azərbaycan Qərbə çıxış deməkdir. Xəzər dənizi üzrə ən yaxın müttəfiqidir:

“Eyni zamanda Azərbaycanın hərbi-siyasi təcrübəsi Qazaxıstan üçün çox önəmlidir. İndiki qeyri-stabil siyasi proseslər fonunda Azərbaycanın öz mənafelərini qorumaq üçün atdığı addımlar təqdirəlayiq olmaqla yanaşı, eyni zamanda digər ölkələr üçün bir nümunədir. Azərbaycan-Qazaxıstan münasibətləri yeni sahələrlə zənginləşir. Bu sahələrin içində ən vacibi təhlükəsizliklə bağlıdır. Düzdür, iki ölkə çox yaxın iqtisadi tərəfdaşdır, amma geosiyasi prosesləri nəzərə alsaq, təhlükəsizlik sahəsində daha çox addımlara ehtiyac var".

İlqar Vəlizadə: İki ölkə arasında ticarət mübadiləsi də sürətlə artır

Analitik qeyd edib ki, Azərbaycanla Qazaxıstan arasında son vaxtlar birgə təlimlər keçirilir:

"Azərbaycan və Qazaxıstan müxtəlif platformalarda çox sıx əlaqədədirlər. Demək olar ki, KTMT və Avrasiya İqtisadi Birliyini çıxmaq şərti ilə iki ölkə digər regional və beynəlxalq platformaların üzvüdür. TDT çərçivəsində də Azərbaycan və Qazaxıstan əməkdaşlığı müstəsnadadır. Çünki bu iki ölkə Xəzər dənizi üzərindən türk birliyinin coğrafiyasını birləşdirən körpü rolunu oynayırlar”.

İlqar Vəlizadənin sözlərinə görə, iki ölkə arasında ticarət mübadiləsi də sürətlə artır. Həmsöhbətimiz qeyd edib ki, ilin sonunadək ola bilsin, tərəflər 1 milyard dollar civarında ticarət mübadiləsinə çatsınlar:

“Azərbaycan Prezidentinin budəfəki səfəri, imzalanan sənədlər ikili münasibətləri daha da sıxlaşdıracaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Oktyabr 2025