• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Azərbaycan 2030 üçün “yaşıl enerji” hədəflərini genişləndirir

SİYASƏT

20 Noyabr 2025 | 11:40

Azərbaycan 2030 üçün “yaşıl enerji” hədəflərini genişləndirir

2030-cu ilə qədər Azərbaycanın bərpa olunan enerji sahəsindəki hədəfləri daha ambisiyalı olacaq və bu sahə ölkə iqtisadiyyatına ciddi töhfə verəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, Milli Məclisin plenar iclasında çıxış edən deputat Sadiq Qurbanov bildirib ki, bərpa olunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payının 14 %-dən 30 %-ə, qoyuluş gücünün isə 18 %-dən 37 %-ə çatdırılması planlaşdırılır.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin ortaya qoyduğu əsas hədəf Azərbaycanın gələcəkdə "yaşıl enerji" ixrac edən ölkəyə çevrilməsidir. Dünya Bankının qiymətləndirmələrinə görə, bu sahəyə investisiya cəlbi ÜDM artımına, minlərlə yeni iş yerinin yaradılmasına və ixrac potensialının genişlənməsinə səbəb ola bilər.

Qurbanov qeyd edib ki, tullantıların idarə olunması, enerji səmərəliliyi, təkrar istehsal və tullantıların enerjiyə çevrilməsi kimi sahələr də büdcədə ayrıca diqqətlə dəstəklənməlidir. Onun fikrincə, Yaşıl Tullantı və Enerji Fondunun yaradılması və bu sahədə illik hesabatların büdcə sənədlərində göstərilməsi enerji keçidinin daha sürətli və səmərəli aparılmasına imkan verəcək.

Parlamentin üzvü çıxışının sonunda təmsil etdiyi Şabran rayonunda təhsil və yol infrastrukturu ilə bağlı mövcud problemləri də qeyd edib: “7 məktəbin tikintisinə, 17 məktəbin əsaslı təmirinə və 27 km yolun yenilənməsinə böyük ehtiyac var”.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Noyabr 2025