• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək

SİYASƏT

19 Dekabr 2025 | 17:20

Neft Fondunun 2026-cı il üçün büdcə layihəsi Prezidentə təqdim ediləcək

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Baş nazir, ARDNF-in Müşahidə Şurasının sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Dövlət Neft Fondunun 2026-cı il üzrə büdcə layihəsinin proqnoz göstəriciləri, o cümlədən, Fondun gəlirləri və vəsaitindən istifadənin əsas istiqamətləri, Fondun investisiya siyasəti, investisiya portfelinin valyuta tərkibi və gəlirliliyi və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda ARDNF-in icraçı direktoru İsrafil Məmmədovun məruzəsi dinlənilib.

İclasın yekununda Fondun Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla Dövlət Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması barədə müvafiq qərar qəbul olunub.


SON XƏBƏRLƏR