• Bakı C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Amnistiya - güclü dövlətin insana verdiyi dəyərin göstəricisi

SİYASƏT

19 Dekabr 2025 | 17:36

Amnistiya - güclü dövlətin insana verdiyi dəyərin göstəricisi

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürdüyü amnistiya təşəbbüsü dövlət əhəmiyyətli, son dərəcə ciddi və tarixi bir addımdır. Bu təşəbbüs müstəqil Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya aktı olmaqla, dayanıqlı inkişafa əsaslanan dövlətçilik ənənələrinin bariz nümunəsidir. Eyni zamanda, cənab Prezidentin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından biri olan humanizm prinsipinin, eləcə də ümumbəşəri insani dəyərlərə sadiqliyinin açıq ifadəsidir və mahiyyət etibarilə mühüm dövlətçilik aktı kimi qiymətləndirilməlidir.

Amnistiyanın şamil olunacağı şəxslərin əhatə dairəsi onun Azərbaycan dövlətçilik tarixində ən böyük amnistiya təşəbbüsü olduğunu bir daha təsdiqləyir. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatlarında iştirak etmiş şəxslərin, həmçinin bu əməliyyatlarda həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər kateqoriyadan olan şəxslərin cəzadan və cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə, eləcə də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslər cəzadan azad ediləcək və ya onların cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Ulu Öndər Heydər Əliyevin siyasi əsaslarını qoyduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətçiliyimizin möhkəm təməlini təşkil edir və bu siyasi xətt bu gün cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə və uğurla davam etdirilir. Təqdim edilən amnistiya aktı respublika tarixində ən böyük amnistiya olmaqla, təxminən 20 min nəfəri əhatə edəcəkdir.

Ümumilikdə, 1995-ci ildən etibarən qəbul edilmiş 12 amnistiya aktı 130 min nəfərə şamil olunmuşdur. Təkcə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilmiş amnistiya aktı 17 min nəfəri əhatə etmişdir. 1995–2003-cü illərdə 7 amnistiya aktı və əfv fərmanları, 2003–2023-cü illərdə isə 39 əfv fərmanı və 5 amnistiya aktı qəbul edilmişdir. Ümumilikdə 71 əfv fərmanı və sərəncamla 10 mindən artıq məhkum əfv olunmuşdur.

Bütün bunlar ölkəmizdə həyata keçirilən ardıcıl humanizm siyasətinin, bəşəri dəyərlərə sadiqliyin, insan amilinin ali prioritet kimi qəbul edilməsinin bariz göstəricisidir. Bu siyasət vətəndaşların rifah halının yüksəldilməsinə, cəmiyyətə reinteqrasiya proseslərinə dövlət dəstəyinin təmin olunmasına xidmət etməklə geniş ictimai rezonans doğurur və vətəndaş məmnunluğu baxımından yüksək qiymətləndirilir.

Həsən Bayramov, 

Qərbi Azərbaycan İcmasının Ağsaqqalar Şurasının üzvü, İcmanın Binəqədi rayon nümayəndəsi, pedaqogikaelmləri doktoru, professor


SON XƏBƏRLƏR