• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi

SİYASƏT

20 Noyabr 2025 | 12:56

Gələn ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi

Milli Məclis "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı parlamentin dünən və bu gün keçirilən plenar iclaslarında layihə müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq ilk oxunuşda qəbul olunub.

Qeyd edilib ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri 41,7 milyard manat məbləğində nəzərdə tutulur. Gələn il icmal büdcənin gəlirləri 45 milyard manat, xərcləri 48,8 milyard manat, kəsiri isə 3,9 milyard manat proqnozlaşdırılır.

Əli Hüseynov


SON XƏBƏRLƏR