Hərbi Prokurorluq Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda "Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi" mövzusunda dəyirmi masa keçirib, hərbi sahədə elmi innovativ yanaşmaların rolu müzakirə olunub.
Bu barədə Bakıvaxtı.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, müasir təhlükəsizlik baxışlarının yenilənməsi və hərbi sahədə elmi-innovativ yanaşmaların rolunun dərinləşdirilməsinə həsr olunan tədbirdə Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov çıxış edib.
O, çıxışı zamanı müasir elmi-texnloji inkişaf fonunda Azərbaycanın müdafiə konsepsiyasında bilik, texnologiya və intellektual resursların tətbiqinin sevindirici hal olmasını, bu sahəyə diqqəti daha da artırmağın vacibliyini qeyd etməklə, "Elm və innovasiyanın çağdaş hərbi gücün əsaslarından birinə çevrilməsi" mövzusunda təşkil olunan tədbirin xüsusi əhəmiyyətini qeyd edib.
Daxili İşlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov bu kimi tədbirlərin keçirilməsində Hərbi Prokurorluğun təşəbbüsü və iştirakını müsbət qiymətləndirib, habelə tədbirin gedişində Hərbi institutun zabit və müəllim heyəti ilə PUA sistemlərinin inkişaf tendensiyaları, rəqəmsal döyüş idarəçiliyinin tətbiqi, kiber müdafiə imkanlarının genişləndirilməsi, əməliyyat məlumatlarının süni intellekt vasitəsilə emalı və risklərin qabaqcadan proqnozlaşdırılması mövzularında müzakirələr aparılıb, iştirakçıların bu istiqamətlərdə təklifləri dinlənilib.
Bakı 



