• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Deputat: Sahibkara güzəştlər büdcə yükünü azalda bilər

SİYASƏT

20 Noyabr 2025 | 11:18

Deputat: Sahibkara güzəştlər büdcə yükünü azalda bilər

"Gəncə şəhərində sənaye parkının yaradılmasını arzu edirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, dayanıqlı iş yerlərini sahibkarlar yaradır və onlara əlavə güzəştlərin verilməsi dövlət büdcəsi üzərindəki yükün azalmasına səbəb ola bilər.

Onun sözlərinə görə, büdcə yalnız xərcləmə sənədi deyil, həm də ölkənin iqtisadi idarəetmə mexanizmidir.

Müşfiq Cəfərov vurğulayıb ki, qənaət rejiminə bir neçə il əvvəl keçmək düzgün addım olardı və bu yanaşma maliyyə intizamını daha da gücləndirərdi.

Parlamentin üzvü əlavə edib ki, əsas hədəf xalqın rifahının yüksəldilməsi olmalıdır.

Əli Hüseynov


SON XƏBƏRLƏR

19 Noyabr 2025