• Bakı 16° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Deputatdan Bakıya miqrasiyanın azaldılması ilə bağlı TƏKLİF

SİYASƏT

20 Noyabr 2025 | 11:29

Deputatdan Bakıya miqrasiyanın azaldılması ilə bağlı TƏKLİF

Bölgələr üzrə iqtisadi fəallığı artıracaq geniş təşviq mexanizmi hazırlanmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikri Milli Məclisin plenar iclasında 2026-cı il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Müşviq Cəfərov səsləndirib.

Deputat qeyd edib ki, büdcə sənədi yalnız rəqəmlər toplusu kimi dəyərləndirilməməlidir:

“Sosial problemlərə də həssas yanaşmaq borcumuzdur. Əgər optimallaşma prosesləri aparılacaqsa, bölgələr xüsusi olaraq nəzərə alınmalıdır. Çünki regionlarda hər yeni iş yeri strateji önəm daşıyır. Sahibkarların bölgələrdə fəaliyyətinin stimullaşdırılması daha sonra idarəetmə strukturlarında optimallaşma üçün zəmin yaradar və Bakıya kütləvi miqrasiyanı azaldar”.

Deputatın fikrincə, hazırlanacaq yeni təşviq paketi qısamüddətli mərhələdə işsizliyin azaldılması, məhsul istehsalının artırılması və kənd təsərrüfatının yenilənməsi kimi məqsədləri hədəfləməlidir. Uzunmüddətli perspektivdə isə sənaye parklarının yaradılması, ixrac imkanlarının genişləndirilməsi və innovasiya texnologiyalarının regionlara gətirilməsi təmin edilməlidir.


SON XƏBƏRLƏR

19 Noyabr 2025