Ukraynanın Bakıdakı səfiri Yuri Qusev və Fransanın Azərbaycandakı yeni səfiri Sofi Laqut sıx dialoqun davam etdirilməsi və birgə təşəbbüslərin irəlilədilməsi barədə razılığa gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yuri Qusev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Y.Qusevin sözlərinə görə, diplomat Ukrayna səfirliyini ziyarət edib və tərəflər ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.
"Onu təyinatı münasibətilə təbrik etdik. Əməkdaşlığın əsas istiqamətləri barəsində fikir mübadiləsi apardıq. Sıx dialoqun davam etdirilməsi və yeni birgə təşəbbüslərin irəlilədilməsi barədə razılığa gəldik", - Ukrayna səfiri yazıb.