• Bakı 14° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

7 yaşlı uşağın ölümünün detalları - “Qıcolma tutub” - VİDEO

HADİSƏ

22 Oktyabr 2025 | 00:31

7 yaşlı uşağın ölümünün detalları - “Qıcolma tutub” - VİDEO

Sabunçu rayonunun Zabrat qəsəbəsində azyaşlının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı yeni detallar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü Tural Süleymanlı sükan arxasında olarkən qıcolma (epilepsiya tutması) keçirib.

Nəticədə idarəetməni itirən sürücü maşını qonşunun darvazasına çırpıb.

Qəza zamanı T. Süleymanlı ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib, lakin azyaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Sürücünün xalası Esmira Cəfərova bildirib ki, hadisə anında səs-küyə çıxıb:

“Birdən qıcolması tutub, ayağı qazda qonşunun darvazısına gedib vurub. Arabir ayağında qıcolma tuturdu. İşə gedəndə uşaq deyib ki, ata mən də sənlə gedim. Uşağı alıb qucağına yanına qoyub. Qışqırıq səslərini eşidib getdim. Gördüm ki, uşağı maşından düşürtdülər, anasının yanına qaçdı. O, xəsarət almasa da, qorxudan rəngi ağarmışdı. Sonra uşağı epilepsiya tutdu. Xəstəxanaya aparılan zaman yolda nəbzi dayanıb”.

Qeyd edək ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Daha ətraflı “Xəzər TV”nin videomaterialında:

 

 


SON XƏBƏRLƏR

21 Oktyabr 2025