Ağcabədidə baş verən ağır yol qəzası iki nəfərin ölümü, bir nəfərin isə ağır yaralanması ilə nəticələnib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun rayonun Qaradolaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “QAZel” markalı yük maşını “VAZ-21015” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ”ın sürücüsü, 1984-cü il təvəllüdlü Orxan Vəliyev hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – sürücünün həyat yoldaşı Türkan Vəliyeva və əmisi oğlu, 1972-ci il təvəllüdlü Elsevər Vəliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Elsevər Vəliyev dərhal əməliyyata götürülsə də, əməliyyatdan sonra xəstəxanada vəfat edib. Ağır xəsarətlər alan Türkan Vəliyevanın müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır./“Qafqazinfo”
Bakı 



