• Bakı 14° C

    9.2 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait açıqlandı

CƏMİYYƏT

21 Oktyabr 2025 | 18:34

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxil olan vəsait açıqlandı

Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 38 hərrac keçirilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, hərraclarda 7 səhmdar cəmiyyətinin səhm paketi, 2 kiçik dövlət müəssisəsi, 792 nəqliyyat vasitəsi özəlləşdirilib.

Qeyd olunan dövrdə özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 110,2 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 510-u qeyri-yaşayış, 3176-sı torpaq sahələri üzrə olmaqla 3686 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 34,5 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, bu ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 144,7 milyon manat vəsait daxil olub.


SON XƏBƏRLƏR