• Bakı 15° C

    11.78 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

 Gürcüstan qonşu ölkələrlə müxtəlif istiqamətlər üzrə fəal iş aparır - Kobaxidze

DÜNYA

21 Oktyabr 2025 | 15:00

 Gürcüstan qonşu ölkələrlə müxtəlif istiqamətlər üzrə fəal iş aparır - Kobaxidze

“Gürcüstan tarixən Avropa ilə Asiyanı, Qərb və Şərqi birləşdirib və bizim vəzifəmiz ölkəmiz üçün bu funksiyanı mümkün dərəcədə bərpa etməkdir”.

    Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabah Tbilisidə işə başlayacaq V İpək Yolu Forumunun əhəmiyyətini jurnalistlərə şərh edərkən deyib.

    Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün mühüm investisiya layihələri həyata keçirilir.

    “Biz qonşu ölkələrimizlə müxtəlif istiqamətlər üzrə fəal iş aparırıq. Təbii ki, Tbilisi İpək Yolu Forumu həm də bizə mesajlarımızı tərəfdaşlarımıza mümkün qədər çatdırmaq imkanı verəcək. Forumda regionun inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi aparılacaq və xüsusi diqqət Gürcüstanın bu prosesdəki roluna yetiriləcək”, - İ.Kobaxdize söyləyib.


    SON XƏBƏRLƏR