• Bakı 15° C

    11.55 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Abubakarın “Neftçi”dəki maaş AÇIQLANDI - MƏBLƏĞ

İDMAN

21 Oktyabr 2025 | 10:42

Abubakarın “Neftçi”dəki maaş AÇIQLANDI - MƏBLƏĞ

“Neftçi”nin heyətinə qatdığı məşhur futbolçu Vensan Abubakarın Bakı klubunda alacağı məvacib müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kamerun millisinin forvardı “ağ-qaralar”dan illik 500 min dollara (850 min manat) yaxın gəlir əldə edəcək. 

“Porto”, “Beşiktaş”, “Əl-Nəsr” kimi klublarda çıxış etmiş 33 yaşlı oyuçunun aşağı maaşla Azərbaycan təmsilçisinə keçməsi maraq doğurur.

“Neftçi” də Abubakara yüksək maaş təklif etməyib. “Ağ-qaralar” büdcəyə uyğun olaraq şərtlər irəli sürüb və cavabını gözləyib. Sonda afrikalı forvard ölkəmizdə oynamağa qərar verib. 

V.Abubakar “Neftçi” ilə anlaşmazdan əvvəl klubun hədəfləri və bazası ilə maraqlanıb. 

Baza və infrastrukturla tanış olduqdan sonra isə Azərbaycanda oynamağa razılaşıb. 


SON XƏBƏRLƏR

20 Oktyabr 2025