• Bakı 10° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

İslamiada: Millimiz qızıl medal qazandı - YENİLƏNİB

İDMAN

19 Noyabr 2025 | 21:08 | Müəllif: Subhan Mahmudov

İslamiada: Millimiz qızıl medal qazandı - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, yığma finalda Türkiyə seçməsinə 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan yarımfinalda Misir yığmasından güclü olmuşdu - 22:15.

***

19:48

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, yığmamız yarımfinalda Misir seçməsini 22:15 hesabı ilə məğlub edib.

Komandamızın finaldakı rəqibi Türkiyə - İran matçının qalibi olacaq. Həlledici qarşılaşma bu gün keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR