Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, idmançı finalda İran təmsilçisi Məhəmmədhadi Saraviyə 1:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, digər təmsilçilərimizdən Jalə Əliyeva (57 kq) qızıl, Elnura Məmmədova (50 kq) isə bürünc medal uğrunda görüşə çıxacaqlar.
Bakı 



