• Bakı 17° C

    7.46 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Tezliklə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq -AÇIQLAMA

SİYASƏT

19 Noyabr 2025 | 13:56

Tezliklə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq -AÇIQLAMA

“Ümumi prosesi diqqətlə təhlil edəndə gördüyümüz həqiqət ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması istiqamətində çox ciddi səylər göstərilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dəhlizin qısa zamanda fəaliyyətə başlaması üçün Azərbaycan, ABŞ və Ermənistan öz səylərini gücləndirir.

Deputat vurğulayıb ki, bizim üçün dəhlizin ən qısa zamanda açılması çox önəmlidir:

“Çünki Azərbaycanın gələcəyi ilə bağlı çox ciddi hədəfləri və planları var. O mənada dəhlizin ən qısa vaxtda açılması üçün Azərbaycanın səylərini artırdığını görürük. Bu addımlar çox önəmlidir. Hesab edirik ki, atılan addımlar gələcəkdə ümumi prosesə öz töhfəsini verəcək. Əsas odur ki, dəhlizin açılması ilə bağlı siyasi razılıq var. Bununla bağlı praktiki addımlar atılır, işlər görülür. ABŞ rəsmilərinin bölgəyə, Ermənistana səfəri, səyləri çox önəmlidir. Bunun prosesə ciddi töhfə verəcəyi şübhəsizdir".

Ceyhun Məmmədov: Əsas odur ki, dəhlizin açılması ilə bağlı siyasi razılıq var

C.Məmmədov qeyd edib ki, dəhlizin açılması yönündə ilk növbədə texniki məsələlər həllini tapmaldıır:

"Texniki elementlər həllini tapdıqdan sonra digər məsələlər də yoluna qoyulacaq. Tezliklə dəhlizin birmənalı açılmasının şahidi olacağıq. Eyni zamanda bölgəmizdə sülhün, əmin-amanlığın gəldiyinin şahidi olacağıq”.

“Azərbaycan prosesin sürətlənməsində maraqlıdır və bu istiqamətdə mühüm addımlarını atmaqdadır. Azərbaycanın əsas hədəfi, məqsədi budur", - deyə Ceyhun Məmmədov vurğulayıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Allison Huker Ermənistana səfər edib. O səfər çərçivəsində “Beynəlxalq Sülh və Rifahın Tramp Yolu” (TRIPP)ilə bağlı  praktiki detalları müzakirə edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Ağ Evdə Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar zamanı ABŞ-yə dəmir yolları, avtomobil yolları və potensial enerji təchizatı xətləri üzərində eksklüziv hüquqlar verəcəyini vəd edib. Üç liderin imzaladığı birgə bəyanatda qeyd olunur ki, Ermənistan Naxçıvan anklavı ilə  tarixi Zəngəzur mahalı vasitəsilə Azərbaycanın qalan hissəsi arasında maneəsiz əlaqəyə zəmanət verəcək.

Aydın Baxış


SON XƏBƏRLƏR