Avropa Parlamentinin qətnaməsini pisləmirəm, sadəcə rədd edirəm.
Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Sahib Alıyev Milli Məclisin plenar iclasında bildirib.
O vurğulayıb ki, bu addımın arxasında siyasi korrupsionerlər və agentlər dayanır. Mən hesab etmirəm ki, bu qətnamə Ermənistanın maraqlarına cavab verir.
"Əgər onlar Ermənistanın maraqlarından çıxış etsəydilər, Paşinyanın müstəqil siyasət yürütməsinə əngəl olardı. Nəyə görə Avropa Parlamenti sülhü dəstəkləmir? Qətnamədən sonra cəmiyyətdə bəzi şəxslərə qarşı irəli sürülən ittihamlar artır. Azərbaycanın torpaqları işğaldan azad edilərkən belə qurumlar bizə düşmənçiliklə yanaşırdı. Avropa Parlamenti də indi həmin maraqların xidmətindədir”,- parlament üzvü diqqətə çatdırıb.
Əli Hüseynov
Bakı 




