Avropa Parlamenti Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına mane olmaq, Azərbaycan ilə Ermənistan arasındakı normallaşma prosesini pozmaq və əməkdaşlığı əngəlləmək niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, bunu birinci vitse-spiker Əli Əhmədov Milli Məclisin plenar iclasında bildirib.
Milli Məclis üzvü qeyd edib ki, bu mövqe Avropa Parlamentinin Azərbaycan əleyhinə olan mövqelərinin bir təzahürüdür:
“Təəssüf ki, Avropa Parlamenti bəzi beynəlxalq dairələrlə əməkdaşlıq edərək, xarici ölkələrin daxili işlərinə müdaxilə edir və məqsədli şəkildə təxribatlar, zorakı çevriliş cəhdləri və qeyri-sabitlik yaratmağa çalışır. Təbii ki, heç bir ölkə buna yol verməz və Azərbaycan da istisna deyil".
Əli Hüseynov
Bakı 




