• Bakı 16° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9695

    RUB - 2.0968

Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib - FOTOLAR

CƏMİYYƏT

19 Noyabr 2025 | 19:33

Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil Nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.

Bakıvaxtı.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan layihələr haqqında ətraflı məlumat verib.

Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri ilə tanış olublar.

Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, noyabrın 17-19-u tarixlərini əhatə edən Beynəlxalq STEAM Azərbaycan Festivalı robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Festivalda ümumilikdə 22 ölkə iştirak edir.

 


SON XƏBƏRLƏR