Ukrayna Rusiya ilə əsir mübadiləsinin bərpasına ümid edir.
Bakıvaxtı.az-ın məlumatına görə, bunu Ukrayna lideri Volodimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə mətbuat konfransı zamanı deyib.
Zelenski ümid etdiyini bildirib ki, 2025-ci ilin sonuna qədər Rusiya ilə hərbi və mülki əsirlərin mübadiləsini bərpa etmək mümkün olacaq:
"Ümid edirik ki, ilin sonuna qədər mübadilələri bərpa edəcəyik, çox sayda əsiri geri qaytaracağıq. Bu məsələdə Türkiyə bizə çox kömək edir".
Bakı 



