Taylandla sərhəddə şiddətlənən münaqişə səbəbindən əksəriyyəti qadın və uşaqlar olan təxminən 500 min kambocalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Cambodian Press Agentliyi" krallığın Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Qeyd edilib ki, 14 əyalətin təxminən 498.200 sakini evlərini tərk edib. Onların arasında təxminən 418.800 nəfər qadın və uşaq var.
Son məlumatlara görə, Kambocada atəş nəticəsində 18 mülki şəxs həlak olub, 78 nəfər yaralanıb. Dekabr ayında baş verən gərginliyin başlanğıcından bəri 73 yaşayış binası, bir neçə dini məkan, eləcə də şəhər və yol infrastrukturu zədələnib.
Aynur Babazadə
Bakı 




